"Qarabağ" Çempionlar Liqasında son oyuna çıxır

5 Dekabr 2017 10:02 (UTC+04:00)

Bu gün “Qarabağ” komandası 2017/18 mövsümündə Çempionlar Liqasında son oyununu keçirəcək. 

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Ağdam klubu qrup mərhələsinin VI turu çərçivəsində “Roma”nın qonağı olacaq.

Cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşən “Qarabağ” burada keçirdiyi 5 oyundan 3-də uduzub. Ağdamlılar İngiltərə çempionu “Çelsi”yə həm evdə, həm də səfərdə (0:6, 0:4), “Roma”ya isə Bakıda məğlub olub (1:2). Azərbaycan Premyer Liqasının qalibi yalnız İspaniya “Atletico”suna hər iki görüşdə gücünü göstərə bilib. “Qarabağ”ın qrup sonuncusu olması dəqiqləşib.

"Qarabağ" üçün formal xarakter daşıyan oyunda meydan sahibləri qalib gəlməklə, 1/8 finala vəsiqəni təmin edəcəklər. “Roma” uduzsa və ya heç-heçə etsə belə, pley-off-a yüksələ bilər. Bunun üçün “Atletico”nun Londonda “Chelsea”yə qalib gəlməməsi şərtdir.

Çempionlar Liqası

VI tur, C qrupu

5 dekabr

 

23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Tobias Ştiler

Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Zaydel

Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers

Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)

Roma. Olimpiya stadionu