Sezarların kurortu tapıldı - FOTO

25 İyun 2018 09:45 (UTC+04:00)

1700 il dəniz sularının altında qalmış əfsanəvi şəhərin qalıqları aşkarlanıb.

Hazırda Baya kimi tanınan, İtaliyanın Neapol körfəzinin sahillərində, Kampaniya vilayətində yerləşən və qədimlərdə Bayi olmuş şəhər Qədim Roma dönəmlərində imperatorların əyləncə məkanı, kurort idi.

Movqe.az milli.az-a istinadən biolldirir ki, kiçik şəhər Qədim Roma zadəganlarının əyləncə və istirahət yerinə çevriləndən sonra məşhurlaşıb.

İmperatorlar Mariy, Pompey, Yuli Sezar və digərlərinin burada dəbdəbəli villaları vardı.

Horatis bu şəhəri çox sevirdi. Filosof Senena isə "zəifliklərinin köləsinə çevrilmək istəməyən" insanlara Bayini məsləhət görmürdü. Siseron isə dəbdəbə, ifrat əyləncə simvolu sayılan Bayidə dəfələrlə istirahət edən Mark Seliy Rufu müdafiə etmişdi.

İmperator Adrian isə həyatının son günlərində Bayidə keçirmişdi.

 

Qədim şəhərin əksər hissəsi su altında qalmışdı. Səbəb vulkanik fəallıq nəticəsində sahil xəttinin 400 metr dənizə girməsi olub.

45 yaşlı neapollu Antonio Buziellonun dediyinə görə, dənizin altında şəhərin qalıqları əla qalıb.

"Bayi əsrlər boyu Qədim Romanın ən məşhur şəhərlərindən biri olub. Plini eramızın 70-cu ilində Pompey şəhərini məhv etmiş Vezuvi vulkanının püskürməsini bu şəhərdə müşahidə etmişdi", - A.Buziello deyib.