Diaspora rəhbərinin oğlunun intiharında “Mavi balina” izi - FOTO

5 Dekabr 2017 20:30 (UTC+04:00)

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun oğlunun intihar etməsinin təfərrüartları məlum olub.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ş. Kərimovun ailəsi ehtimal edir ki, oğlanları Aqşin Kərimov bir müddətdir ki, "Mavi balina" adlı məşhur oyunu oynayırmış. Bu məsələ də yaxınlarına onun ölümündən sonra bəlli olub.

9-cu sinifdə təhsil alan A. Kərimov oyunun təsirindən odlu silahla başına atəş açaraq intihar edib. 

 

Cənazəsi dəfn edilmək üçün artıq Bakıya yola salınıb.