Şirniyyatın bilmədiyimiz zərərləri

27 Oktyabr 2018 14:00 (UTC+04:00)

Hollandiyalı araşdırmaçılar hesab edir ki, şirniyyat da siqaret qədər ziyanlıdır.

Movqe.az xəbər verir ki, Amsterdam Səhiyyə Xidmətinin rəhbəri Paul Van der Velpen düşünür ki, şirniyyatlar və şəkərli qidalar asılılıq yaradan təhlükəli maddələrdir: "Şirniyyat sevənlər onun təhlükəsindən xəbərdar olmalıdır. Çünki şirniyyat siqaret və alkoqollu içkilər kimi asılılıq yaradır və onu əldə etmək çox asandır. Çoxlarının düşündüyü kimi şirniyyatı tərgitmək asan deyil".

Bir çox ölkənin piylənmə ilə mübarizə apardığını vurğulayan Velpen deyib ki, şirniyyatların da üzərinə tütün məmulatlarında olduğu kimi "sağlamqlıq üçün zərərlidir" sözləri yazılmalıdır. (publika.az)