Ağsuda sürücülərə qarşı reyd keçirilib

5 Dekabr 2017 17:49 (UTC+04:00)

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Trend-ə verilən məlumata görə, Ağsu RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti belə tədbir keçiriblər.

Dekabrın 5-də keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozduqlarına görə, bir neçə sürücü saxlanılaraq barələrində protokollar tərtib edilib.

Rayon ərazisində xidmətin nümunəvi təşkili, qəzaların sayının minimuma endirilməsi, yol hərəkəti qaydalarına riayət olunması məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.