Maştağada kişi özünü bıçaqladı - Yolda keçindi

6 Dekabr 2017 10:23 (UTC+04:00)

Bakıda 32 yaşlı kişi özünü bıçaqlayıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Əliyev Qadir Tahir oğlu yaşadığı evdə özünə qəsd edib. O, özünə bir neçə bıçaq zərbəsi vurub. Q.Əliyev ailə üzvləri tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.