Azərbaycanın ikinci peyki nə vaxt buraxılacaq?

6 Dekabr 2017 11:45 (UTC+04:00)

Azərbaycanın "Azerspace-2/Intelsat-3" ikinci telekommunikasiya peykinin buraxılışı 2018-ci ilin aprel-may aylarında gözlənilir.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə "Azərkosmos" ASC-dən bildiriblər.

Qeyd olunub ki, peykin istehsalı üzrə işlər praktiki olaraq başa çatıb, paralel olaraq raket daşıyıcısı hazırlanır.

 

İkinci peykin buraxılışı Kuru kosmodromunda yerləşən start kompleksindən həyata keçiriləcək. Peykin orbitə çıxarılması ilə Fransanın "Arianespace" şirkəti məşğul olacaq.