Türkiyə təyyarəsini ildırım vurdu

6 Dekabr 2017 14:24 (UTC+04:00)

"Türk Hava Yolları" aviaşirkətinin İstanbuldan Moqadişoya uçan sərnişin təyyarəsini ildırım vurub.

Movqe.az virtualaz-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq təyyarə Atatürk hava limanına təcili eniş edib.

Yoxlanışdan sonra hava gəmisində hər hansı nasazlıq qeydə alınmayıb.