Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

7 Dekabr 2017 12:20 (UTC+04:00)

“Ölkə ərazisində müşahidə olunan, qeyri -sabit, yağıntılı hava şəraiti dekabrın 9-na kimi davam edəcək”.
 
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
 
O qeyd edib ki, dekabrın 9-u gündüz saatlarından başlayaraq havaşəraitinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Qeyd edək ki, dekabrın 6-sı gündüzdən 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.