47 yaşlı kişi özünü öldürüb

7 Dekabr 2017 12:30 (UTC+04:00)

Sumqayıtda intihar hadisəsi baş verib. Movqe.az Lent.az-a istinadən xəbər verir ki, şəhərin Yaşıl Dərə bağlar massivində 1970-ci il təvəllüdlü Hüseynov Arif Mustafa oğlu özünü yaşadığı evin həyətində asıb. Yaxınları 47 yaşlı kişinin meyitini həyətdəki yarımtikilidə aşkarlayıb. Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.