Ali məktəblərə tələbə "qəbul etdirən" müəllimə HAKİM QARŞISINDA

7 Dekabr 2017 13:24 (UTC+04:00)

Dələduzluqda təqsirləndirilən 62 yaşlı Nuriyə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Movqe.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məlum olub ki, N.Ağayeva müəllimədir və filologiya elmləri namizədidir. O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.
 
Məhkəmə baxışı dekabrın 14-ə təyin edilib.
 
Qeyd edək ki, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşlara övladlarını ali məktəblərə qəbul etdirəcəyini vəd edib və pullarını ələ keçirib. Dəymiş ziyan ümumilikdə 50 min manata yaxındır.
 
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir.