Qəzetlərə maliyyə yardımının ayrılması üçün müsabiqə elan olundu

7 Dekabr 2017 16:40 (UTC+04:00)

Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib:


1. Fondun 2018-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;


2. Cari məsələlər.


Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

İcraçı direktor 2018-ci ilin birinci yarısı üzrə KİV-lərə maliyyə yardımı müsabiqəsinin "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" əsasında 19 istiqamət üzrə keçiriləcəyini bildirib. V.Səfərli dekabrın 8-dən 25-dən keçiriləcək müsabiqə elanının şərtlərində nəzərdə tutulan dəyişikliklər barədə Müşahidə Şurası üzvlərinə məlumat verib. İcraçı direktor bildirib ki, təklif olunan dəyişikliklərə əsasən müsabiqədə iştirak edəcək qəzet redaksiyaları əməkdaşlarının sayı barədə məlumat verməli, habelə sənəd təqdim edəcək gündəlik və həftəlik qəzetlərin səhifələrinin sayı 16-dan (A3 formatda) az olmamalıdır.

Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, üzvlərdən - Camaləddin Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev çıxış edərək Fondun maliyyə yardımı müsabiqələrinin çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Daha sonra müsabiqənin elanı təklif olunan əlavə və dəyikliklərlə səsə qoyularaq təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə


E L A N I


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2018-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.

"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır:

İstiqamətin adı

1.

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

2.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

3.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi

m

4.

İctimai və dövlət maraqlarının müdafiəsi

5.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

6.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və

digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

 

7.

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı

olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

8.

Azərbaycanın dövlətçilik tarixinin,milliadət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

9.

Azərbaycançılıq ideyasının təbliği

10.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

11.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

12.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

13.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

14.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

15.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

16.

Ekologiya və ətraf mühitin mühafizəsi

17.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

18.

Elm və təhsilin inkişaf etdirilməsi

19.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 

Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:

- müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən, səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.


Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:

- Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;

- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər

- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər

(1 il müddətində)

- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər

(6 ay müddətində)

- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;

- əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;

- təsisçisi dini qurumlar və dini icmalar olanlar;

- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;

- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;

- təsisçiləri dövlət orqanları olanlar;


Maliyyə yardımının şərtləri:

- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;

- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.

Hər layihə üçün maksimum məbləğ 60 000 (altmış min) manat müəyyən edilmişdir.

Hər KİV bir layihə təqdim edə bilər.


Sənədlər 2017-ci il dekabr ayının 8-dən 25-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.


Sənədlər Fonda şəxsən təqdim edilməlidir.

Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində, çap və elektron variantda (CD diskdə, Times New Roman12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

Tələb olunan sənədlər

Forması

1.

Layihə təklifi və fəaliyyət planı

Çap formasında, 3 nüsxədə.

E

 

 

2.

Ərizə forması (Layihənin istiqaməti göstərilməklə)

Çap və elektron formada, diskdə.

 

3.

KİV-in müvafiq dövlət orqanında uçota götürülməsini təsdiq edən sənəd

Surəti

4.

VÖEN

Surəti

5.

KİV-inborcunun olmadığını təsdiq edən sənəd

Bankdan arayış

6.

Redaksiya əməkdaşlarının sayı, layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların, məsul şəxslərin tərcümeyi-halı (CV) və işinin təsviri

Çap və elektron formada

7.

KİV-in son 6 ayda satış və abunə yayımı haqda yayım orqanından sənəd

Çap formasında (imzalanmış və möhürlənmiş)

Müsabiqə ilə bağlı  əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə edə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə

Azərbaycan Mətbuat Evi, 3-cü mərtəbə

Telefon: 012 537 19 45; 012 537 19 41

[email protected]

Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.