Litva XİN: Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyi təhdid edir

7 Dekabr 2017 16:59 (UTC+04:00)

ATƏT regionunda həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyi təhdid edir.

Movqe.az-ın  məlumatına görə, bunu Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Litvanın xarici işlər naziri Linas Linkyaviçyus deyib.

Nazir bildirib: "Moldova və Ukraynada həll olunmamış münaqişələr və Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyin möhkəmlənməsinə mane olur".