Fələstində Trampın Qüdslə bağlı qərarı ilə əlaqədar ümumi etiraz aksiyası keçirilir

7 Dekabr 2017 21:30 (UTC+04:00)

 Rəsmi Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərara etiraz edən fələstinlilərin ümumi etiraz yürüşləri İordan çayının Qərb sahilində həyatın bütün sahələrini dondurub.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Təhsil Nazirliyinin qərarı ilə təhsilin bütün sahələrində işlər dayanıb - məktəblər, institutlar və universitetlər bağlanıb. Etiraz aksiyaları ticarətə də təsir edib: mağazalar bağlanıb.
Fələstin fraksiyaları fələstinliləri nümayişlərə gəlməyə çağırıb.
Yerli hökumət Trampın qərarına etiraz əlaməti olaraq Yeni il yolkalarının işıqlarını və "Əl-Əqsa" məscidinin odunu söndürüb.