HƏMAS lideri fələstinliləri üsyana çağırdı

7 Dekabr 2017 22:00 (UTC+04:00)

Fələstinin HƏMAS hərəkatının başçısı İsmayıl Haniyə üsyana başlamağa çağırıb.

Movqe.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

“HƏMAS lideri İsmayıl Haniyə Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına qarşı yeni Fələstin intifadasının başlanmasına çağırıb”, - agentlik yazır.