Böyük Britaniyanın ticarət naziri Azərbaycana gəlir

7 Dekabr 2017 17:49 (UTC+04:00)

Böyük Britaniyanın ticarət və ixracın təşviqi dövlət naziri Baronessa Rona Fairhead dekabrın 14-15-də Azərbaycana səfərə gələcək.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirlikdən bildirilib ki, səfərdə məqsəd iqtisadiyyat naziri Şahin Mustafayevlə birlikdə Azərbaycan-Birləşmiş Krallıq hökumətlərarası komissiyanın ikinci iclasında iştirak etməkdir.