Bakının mərkəzində bina hasarlandı
14 Mart 2013 11:09 (UTC+04:00)
Movqe.az-in məlumatına görə, Səbail rayonu ərazisində, Zərifə
Əliyeva və Neftçilər prospektlərinin arasında yerləşən beşmərtəbəli
binaya hər tərəfdən lövhə çəkilib. Binanın fasad hissəsində dəmir
konstruksiya quraşdırılıb. Bunun nəticəsində Z.Əliyeva prospektinin
sonu bağlanıb.
Səbail Rayon İcra Hakimiyyətindən Movqe.az-a bildirildi ki,
həmin binada fasadlama işləri aparılacaq. Bu səbəbdən binanın
ətrafı sakinlərə narahatlıq yaratmaması və təmizlik üçün lövhə ilə
örtülüb. İşlərin qısa zamanda başa çatdırılması nəzərdə
tutulub.