Bakıda gənc qız özünü binanın 10-cu mərtəbəsindən yerə atıb

8 Dekabr 2017 11:10 (UTC+04:00)

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

Movqe.az xəbər verir ki, 24 yaşlı qız (ad-soyad hələlik məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü yerə atıb.

Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

report