Tramp: "Mən vədimi yerinə yetirdim"

8 Dekabr 2017 12:13 (UTC+04:00)

Movqe.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp şəxsi "Twitter" səhifəsində yazıb. O, özünü ABŞ-ın sabiq dövlət başçıları ilə müqayisə edərək deyib ki, onlardan fərqli olaraq, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə dair vədini yerinə yetirib.

Tramp "twit"inin altında ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Corc Buş və Barak Obamanın Qüdsə dair çıxışları olan video da yerləşdirib.