Ermənistanda nəvəsini qətlə yetirən nənə həbs edilib

8 Dekabr 2017 13:43 (UTC+04:00)

Ermənistanın Tavuş rayonunda öz nəvəsini qətlə yetirməkdə şübhəli bilinən Qratsin P. adlı nənənin məhkəmə prosesi dekabrın 14-nə təyin edilib.

Movqe.az  report.az-a  istinadən xəbər verir ki, nənəyə qarşı “qəsdən adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb.

Qətldə şübhəli bilinən nənə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq materillarına əsasən, bu il sentyarbın 27-də Qratsin P. qızının nikahdankənar doğulan oğlan körpəsini balışla boğaraq qətlə yetirib.

Məhkəmədə körpənin hüquqi təmsilçisi kimi anası tanınıb.