"Xarici dairələr həmişə Azərbaycanda Leyla Yunuslar yetişdirməyə çalışıb"

8 Dekabr 2017 14:45 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu gün "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı kitabın təqdimatında deyib.

Tənzilə Rüstəmxanlı bildirib ki, Leyla Yunus tək deyil, bu gün Azərbaycanda onun kimilərin sayı çoxdur:

"Xarici dairələr həmişə Azərbaycanda Leyla Yunuslar yetişdirməyə çalışıb. Biz yeni Leyla Yunusların yetişməməsi üçün həssas olmalıyıq. Belələri Azərbaycana qarşı ermənidən daha betərdir".