Azərbaycanın Cibutidə fəxri konsulu təyin edilib

8 Dekabr 2017 18:19 (UTC+04:00)

Prezident İlham Əliyev Nazlı Abdulla Məhəmmədin Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Xarici İşlər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.