Türkiyə və İran təhlükəsizlik məsələlərini müzakirə edəcək

9 Dekabr 2017 15:40 (UTC+04:00)

ürkiyə və İran təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Movqe.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Tehrana səfəri çərçivəsində iki ölkə arasında təhlükəsizlik məsələləri ilə bağlı müzakirə aparılacaq.

 

Məlumatda qeyd olunur ki, bu gün S.Soylu ilə İranın daxili işlər naziri Abdulrza Rahmani Fəzli arasında görüş olacaq.

Bildirilir ki, tərəflər həmçinin regionda terrorizmlə mübarizə məsələrini də müzakirə edəcəklər.

Trend