Bakıda gənc oğlan metroda qatar relsinə yıxıldı

11 Dekabr 2017 10:10 (UTC+04:00)

Bakıda gənc oğlan metroda qatar relsinin üzərinə yıxılıb.

Movqe.az xəbər verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə "İçərişəhər" stansiyasında baş verib:

"Hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib. 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relslərin üzərinə yıxılıb. Xoşbəxtlikdən o, heç bir xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlaya bilib”.