Bakı-Quba yolunda iki maşın toqquşdu: 7 yaralı var

11 Dekabr 2017 10:30 (UTC+04:00)

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, magistralın Xızının Yaşma kəndi ərazisindən keçən hissəsində avtobusla minik maşının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.