Bakı sakini yeznəsini və onun atasını güllələyib

11 Dekabr 2017 10:54 (UTC+04:00)

Bakıda silahlı insident olub.

Movqe.az-ın APA-ya istinadən  məlumatına görə, paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində Bakı sakini Vüsal Tufan oğlu Tanrıverdiyev aralarında yaranmış mübahisə zəminində bacısının əri Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngindən atəş açıb. Nəticədə ağır yaralanan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən V. Tanrıverdiyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.