Saakaşvili məhkəməyə gətirildi

11 Dekabr 2017 12:44 (UTC+04:00)

Gürcüstanın sabiq prezidenti, "Yeni Qüvvələr Hərəkatını"nın lideri Mixail Saakaşvili Kiyevin Peçerski rayon məhkəməsindədir.

Movqe.az virtualaz.org-a istinadən bildirir ki, bunu siyasətçinin mətbuat katibi deyib.

İnformasiyanı M.Saakaşvilinin vəkili Pavel Boqomazov da təsdiq edib.

Xatırladaq ki, Mixail Saakaşvili Kiyevdə dekabrın 8-i axşam saatlarında saxlanılıb. Onu Ukraynada hakimiyyətin devirilməsinə yönəldilmiş mitinqlərin maliyyələşdirilməsi üçün Rusiyadan təxminən 500 min dollar almaqda ittiham edirlər.

Yerli prokurorluq Saakaşvili üçün elektron qolbağın daşınması ilə ev dustaqlığı şəklində ehtiyat cəza tədbiri tələb etmək niyyətindədir.

Onu da qeyd edək ki, M.Saakaşvili təcridxanada müddətsiz aclıq elan edib.