Ledi Qaqanın qızıldan əlil arabası

14 Mart 2013 15:07 (UTC+04:00)

Oynaq ağrıları (sinovit) səbəbiylə ombasından əməliyyat olduğu üçün konsertlərini ləğv etmək məcburiyyətində qalan ABŞ-lı müğənni Ledi Qaqa özünə qızılla örtülü təkərli əlil arabası hazırlatdırıb. Movqe.Az-ın məlumatına görə, "Mordekhai" firmasından Ken Boroçoun hazırladığı araba istənilən zaman arxaya doğru yata bilir. 26 yaşındakı müğənni əməliyyatdan sonra çox hərəkət etməmək üçün bir müddət təkərli arabadan istifadə edəcək.