Azərbaycan BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini artıracaq

11 Dekabr 2017 13:48 (UTC+04:00)

Azərbaycan və digər yeddi ölkə BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini bu illə müqayisədə artırmağa hazırdır.

Movqe.az xəbər verir ki, Trend bu barədə BMT-nin saytına istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, gələn il üçün 36 ölkə fonda 383 milyon dollar keçirməyə vəd edib: "Eyni zamanda, Azərbaycanla yanaşı, Avstraliya, Rusiya, Estoniya, Monqolustan və digər ölkələr ödənişləri artırmağa hazır olduğunu bildirib".

Qeyd edək ki, son 3 ay ərzində Fonddan Banqladeşə rohinca qaçqınları üçün yardım proqramı çərçivəsində 19 milyon dollar ayrılıb. Bundan başqa, "İrma" və "Mariya" qasırğalarından əziyyət çəkmiş Karib hövzəsi ölkələrinə Fond tərəfindən operativ yardım göstərilib.