Bakıda marşrut avtobusu qəza törətdi

11 Dekabr 2017 15:17 (UTC+04:00)

Bakı Beynəlxalq avtovağzalının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu dəqiqələrdə baş verən qəza zamanı 114 saylı marşrut avtobusu "Mercedes" markalı avtomobillə toqquşub.
 
Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

milli.az