Basqalda 5 otaqlı ev yandı

11 Dekabr 2017 15:37 (UTC+04:00)

Basqalda 5 otaqlı ev yanıb.

Movqe.az FHN-ə istinadən xəbər verir ki, İsmayıllı rayonu, Basqal kəndində ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 96 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.