Ramil Usubov rəisi işdən çıxardı

11 Dekabr 2017 15:49 (UTC+04:00)

Daxili işlər orqanlarında yeni təyinat olub.

Movqe.az report-a istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Vidadi Qurbanov vəzifəsindən azad olunub.

Onun yerinə polis polkovniki Sahib Babayev təyin edilib.

Bu təyinata qədər S.Babayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.