Dekabrın 12-də xarici valyutaların manata qarşı məzənnələri

12 Dekabr 2017 10:12 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 12 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Movqe.az-a verilən məlumata görə, dekabrın 12-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2,0012 manat təşkil edir.

1 türk lirəsi 0,4429 manat, 1 rus rublu 0,0288 manat, 1 İran rialı 0,0042 manat, 1 gürcü larisi isə 0,6373 manatdır.