4 yaşlı uşağı avtomobil vurub

12 Dekabr 2017 11:42 (UTC+04:00)

Tovuzda 4 yaşlı uşağı avtomobil vurub.

Movqe.az-ın məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Musayev Əhməd Nicat oğlu yolu keçərkən onu avtomobil vurub.

Uşaq qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.