11 nəfərdə qorxulu xəstəlik aşkarlandı

12 Dekabr 2017 11:38 (UTC+04:00)

"Ötən ay nikaha daxil olmaq istəyən 10 738 nəfər tibbi müayinədən keçib. Həmin şəxslərdən 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə isə QİÇS aşkarlanıb".  

 

Movqe.az-ın məlumatına görə, bu məlumatı B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva jurnalistlərə açıqlamasında bildirib. Z. Əlimirzəyeva bildirib ki, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 38 olub: " 2017-ci il ərzində 23 hamilə qadında perenatal müayinə aparılıb. Müayinələr zamanı onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam doğulub. Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunur və uğurla tətbiq edilir".

Zülfiyyə QULUYEVA