Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı danışıqlar gələn ilin sonuna kimi uzana bilər

12 Dekabr 2017 12:36 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini qeyd edib ki, dekabrın 15-i keçiriləcək növbəti konfransda enerji və ekoloji məsələlər müzakirə olunacaq: "Sazişin qalan blokları üzrə müzakirələr isə gələn ilin əvvəllərində aparılacaq".

M.Məmməd-Quliyev bildirib ki, Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı danışıqlar gələn ilin sonuna kimi uzana bilər: "Siyasi blokda bəzi irəliləyişlər var, ticarət və investisiya üzrə isə bir qədər ləngimələr var".

Nazir müavini əlavə edib ki, Azərbaycanın təşkilata daxil olması aktual olaraq qalır.