Ermənistan ordusunun daha bir əsgəri minaya düşüb

12 Dekabr 2017 12:58 (UTC+04:00)

Ermənistan ordusunun daha bir əsgəri mina partlayışından yaralanıb.

Movqe.az report-a istinadən xəbər verir ki,hadisə dekabrın 11-də ön xətt mövqelərində baş verib.

Partlayış nəticəsində döyüş növbətçiliyi aparan Ermənistan ordusunun əsgəri, 1998-ci il təvəllüdlüArtur Qariki Danielyan yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Arcrun Hovannisyan məlumatı təsdiq edib. Hazırda hərbi qulluqçu Berd hərbi hospitalında müalicə olunur. Həkimlər onun vəziyyətini ağır sabit kimi qiymətləndirirlər.