Qarsda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

12 Dekabr 2017 13:12 (UTC+04:00)

Türkiyənin Qars vilayətində Qars Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə istinadən məlumat verir.

Tədbirdə çıxış edən dərnək rəhbəri Göksal Kayqısız türk tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin türk dünyasında əvəzsiz xidmətləri olduğunu bildirib.

O qeyd edib ki, Heydər Əliyevin ən böyük əsəri Azərbaycandır və qarslıların ulu öndərə olan sevgisi tükənməzdir.