Moskvada Yeni ildə spirtli içkilərin satışına qadağa qoyulacaq

12 Dekabr 2017 16:24 (UTC+04:00)

Moskvada dekabrın 30-dan yanvarın 9-dək spirtli içkilərin satışına qadağa qoyulacaq. Movqe.az-ın məlumatına görə, bu barədə Moskvanın Regional Təhlükəsizlik Departamentinin rəhbəri Vladimir Çernikov deyib.

Qeyd edək ki, daha öncə də Moskvada Yeni il bayramı günlərində insanların kütləvi toplaşdığı yerlərdə spirtli içkilərin satışının məhdudlaşdırılacağı barədə bildirilmişdi.

Qeyd olunurdu ki, məhdudiyyət mərkəzi küçə və meydanlara şamil olunacaq.

Trend