Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edəcək

12 Dekabr 2017 16:49 (UTC+04:00)

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov dekabrın 22-də saat 10:00-da Abşeron Rayon Prokurorluğunun inzibati binasında Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xırdalan şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və[email protected]  elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.