Ukrayna Baş Prokurorluğu Saakaşvilini istintaqa çağırdı

12 Dekabr 2017 17:48 (UTC+04:00)

Ukrayna Baş Prokurorluğu Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilini dekabrın 18-də istintaqa çağırıb.

Movqe.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, dekabrın 8-də Saakaşvili tutulub. Ölkə parlamenti deputatlarının zəmanəti nəticəsində məhkəmə onu sərbəst buraxıb.