Goranboyda yol qəzasında iki qardaş və daha bir nəfər ölüb

13 Dekabr 2017 10:45 (UTC+04:00)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Movqe.az-ın report-a istinadən  məlumatına görə, hadisə rayonun Qaraqucaq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Elçin Maşallah oğlu Əsgərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - sürücünün qardaşı Tural Maşallah oğlu Əsgərov və Kamil Elman oğlu Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq ölüb. 

Faktla bağlı araşdırma aparılır.