Xəzər də "silkələndi"

13 Dekabr 2017 11:25 (UTC+04:00)

Bu gün səhər saatlarında Xəzər dənizində Rixter cədvəli ilə 3,6 bal gücündə zəlzələ baş verib.

Movqe.az-ın məlumatlarına görə, zəlzələnin episentri Dərbənd şəhərindən 12 kilometr şərqdə qeydə alınıb.

Təkanların 74 kilometr dərinlikdə baş verdiyi qeyd olunub.

Qeyd edək ki, həmin ərazidə ötən həftə də 3,4 bal gücündə zəlzələ baş vermişdi.

Trend