2 yaşlı körpəsinə narkotik verdilər

14 Mart 2013 16:22 (UTC+04:00)

Kaliforniya əyalətində yaşayan Samanta Delvalle və sevgilisi Raymond Maybray, Dalvallenin 2 yaşındakı oğluna narkotik maddə verdiklərinə görə həbs olunublar. Movqe.Az-ın məlumatına görə, Nənəsinin körpədə qəribəlik hiss edərək onu xəstəxanaya aparmasıyla məlum olan hadisədə, uşağın qanında təhlükəli səviyyədə spirt və narkotik maddə təsbit edilib. Bu səbəblə məsuliyyətsiz cütlüyün evinə basqın təşkil edən polislər, uşağın asanlıqla götürə biləcəyi yerlərdə narkotik maddə olduğunu aşkar ediblər. Açıqlama edən səlahiyyətlilər, uşağı doğma atasına verdiklərini bildiriblər. Sevgilisinin 25 min dollarlıq pul cəzası ilə sərbəst buraxılmasına baxmayaraq, Dalvallenin məhkəməsi hələ davam edir.