Roma Papası “WhatsApp”dan istifadə edirmi? - Vatikandan cavab

13 Dekabr 2017 19:43 (UTC+04:00)

Roma Papası I Fransisk “WhatsApp” proqramından istifadə etmir.

Movqe.az-ın məlumatına görə, bunu Vatikanın rəsmi nümayəndəsi Qreq Berk bildirib.

Vatikanın rəsmi “Twitter” səhifəsində yazan nümayəndə vurğulayıb ki, Roma Papası insanlara bu proqram vasitəsilə heç bir ismarıc və ya xeyir-dua göndərmir.

Qeyd edək ki, bir müddət əvvəl “WhatsApp” vasitəsilə Roma Papasının adından ispan dilində ismarıclar göndərilmişdi.

Trend