Taksilər yalnız xüsusi duracaqlardan istifadə edə biləcək

13 Dekabr 2017 16:55 (UTC+04:00)

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.

Movqe.az-ın məlumatına görə, bu barədə “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik təklif olunur.

Belə ki, qanunun 20-ci maddəsinin (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) 20.3-cü bəndinə təklif olunan dəyişikliyə görə, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə etməlidir.
Hazırki qanunvericiliyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan istifadə etməlidir.

Qanun layihəsinə təklif olunan dəyişiklik Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

azvison.az