Bu il Neft Fonduna AÇG-dən 5,8 mlrd. dollar daxil olub

14 Dekabr 2017 10:27 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin milli sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 5,780 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.

Bu barədə movqe.az-a Neft Fondundan bildirilib.
Ümumilikdə, AÇG üzrə 2001-ci ildən bu il dekabrın 1-nə qədər ARDNF-ə daxilolmaların ümumi həcmi 127,889 mlrd. dollar təşkil edib.