DSX: Bu il dövlət sərhədini pozan 503 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb

14 Dekabr 2017 11:48 (UTC+04:00)

Bu il ərzində dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb.

 
APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
 
Həmçinin 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.