Tovuzda 9 yaşlı uşağı it tutub

14 Dekabr 2017 12:40 (UTC+04:00)

Tovuz rayonunda 9 yaşlı uşağı it tutub. Movqe.az-ın  məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Abdıyev Nural Vüsal oğlu küçədə itin hücumuna məruz qalıb. Uşaq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda yaralının vəziyyəti ağır qiymətləndirilir.