Bakıda quldurluq edən şəxslər tutulub

14 Dekabr 2017 16:40 (UTC+04:00)

Bakıda qadının 5500 manat pulunu quldurluq yolu ilə alan 2 nəfər tutulub. Movqe.az  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da paytaxt sakini olan bir qadının 5500 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətov və Abşeron rayon sakini Rəmzi Muradov saxlanılıb.